17 C
Baku
Sunday, May 19, 2024

Azərbaycanda dörd kredit təşkilatı bağlandı – TƏFƏRRÜATLAR

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-də ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən dörd kredit ittifaqının lisenziyasını ləğv edib.

Bu barədə müvafiq qərar bazar ertəsi rəsmi mətbuatda dərc olunub.

Qərarda deyilir: “Kredit ittifaqlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi qaydası”nın 6.4.4 bəndinə uyğun olaraq “Astanlı” Kredit İttifaqı, “Mıxlıqovaq” Kredit İttifaqı, “Maliyyə Kredit İttifaqı” MMC, “Nofəl Kredit İttifaqı”na verilən lisenziyalar ləğv edilib”.

“Astanlı” Kredit İttifaqı Yardımlı rayonunun Astanlı kəndində, “Mıxlıqovaq” Kredit İttifaqı Qəbələ rayonunun Mıxlıqovaq kəndində, “Maliyyə Kredit İttifaqı” MMC Bakının Xəzər rayonu “Şimal” DRES qəsəbəsində, “Nofəl Kredit İttifaqı” Şəkidə qeydiyyatdan keçib.

Mərkəzi Bankın məlumatına görə, bu il üçüncü rübün sonunda Azərbaycanda 113 kredit ittifaqı fəaliyyətə göstərib. Onların məcmu nizamnamə kapitalı 23,11 milyon manat, aktivlərinin həcmi isə 59,98 milyon manat təşkil edib.

azxeber.com

Son xəbərlər
 ⁠
Digər xəbərlər