İran realı ABŞ dollarına qarşı tarixi minimuma düşüb: 1 dollar =2 mln. real

İranın son dövrlərdə sürətlə dəyər itirən milli valyutası ABŞ-ın bazar ertəsi Tehran qarşısında “sarsıdıcı iqtisadi tədbirlər” elan etməyə hazırlaşdığı bir vaxtda dollar qarşısında tarixin ən aşağı səviyyəsinə düşüb.

Banker.az xəbər verir ki, İran rialı bazar ertəsi qeyri-rəsmi məzənnələri izləyən Bonbast.com-un məlumatına görə, paralel bazarda ABŞ dollarına qarşı təxminən 2,02 milyon rial səviyyəsində ticarət olunub. Müqayisə üçün, müharibənin başlamasından qısa müddət sonra, martın əvvəlində bir dollar 1,53 milyon rial təşkil edirdi.

ABŞ-ın maliyyə naziri Skott Bessent İrana qarşı “iqtisadi həlledici gün”elan ediləcəyi barədə xəbərdarlıq edərək, Vaşinqtonun münaqişədə son mərhələyə daxil olduğunu bildirib. O, bazar ertəsi “Financial Times” qəzetində dərc olunan məqaləsində ABŞ-ın “rəqibə qarşı indiyədək səfərbər edilmiş ən böyük maliyyə hücumunu” hazırladığını yazıb. Bessentin Bakı vaxtı ilə saat 21:00-da mətbuat konfransı keçirməsi gözlənilir.

ABŞ prezidenti Donald Tramp ötən həftə İrana yardım edən ölkələrin iqtisadi nəticələrlə üzləşəcəyini bildirib. O, konkret ölkələrin adını çəkməyib.

İran rialı fevralın 28-də müharibə başlayandan bəri təzyiq altındadır. Ölkə mövcud sanksiyaların və ixracın azalmasının yaratdığı təzyiqlərlə üzləşir.

İran Mərkəzi Bankının rəhbəri ötən həftə ölkənin hazırda neft ixrac etmədiyini və ABŞ tərəfindən xarici valyuta ehtiyatlarına çıxışın bloklanmasından sonra valyuta ehtiyatlarına çıxışın daha da çətinləşdiyini bildirib.

reaal tuman iranian cu
İran valyutası

Mərkəzi Bankın rəhbəri Əbdülnasir Himməti dövlət televiziyasına açıqlamasında “neft ixracına məhdudiyyətlərin olduğunu şübhəsiz” deyib.

O bildirib ki, xaricdəki həmkarları ilə danışıb və ona neft satışından əldə olunan gəlirlərin “sıfıra düşdüyü” deyilib. “Eyni şey bizim də başımıza gəlib və bu, reallıqdır: biz neft ixrac etmirik”, — deyə o bildirib.

İran artan iqtisadi təzyiqlərlə üzləşir. Müharibə inflyasiyanı, valyutanın zəifləməsini, enerji çatışmazlığını və sanksiyaların təsirini daha da ağırlaşdırır, eyni zamanda infrastruktura ziyan vurur və ticarəti pozur.

Beynəlxalq Valyuta Fondunun iyul ayında açıqladığı proqnoza görə, İran iqtisadiyyatının bu il 5,4 faiz daralacağı gözlənilir. 2026-cı ildə inflyasiyanın isə təxminən 70 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər