10 C
Baku
Wednesday, December 11, 2024

“Sumqayıt Superfosfat” ASC-nin səhmlərinin 99,83% satılır

Əmlak Məsələləri Dövlət Komitəsi “Sumqayıt Superfosfat” ASC-nin (Cəmiyyət) səhmlərinin 99,83%-nin satışı üzrə investisiya müsabiqəsi elan edilib.

Bu barədə Banker.az-a Komitədən məlumat daxil olub.

Sayı 3 772 468 ədəd sənədsiz adlı səhm buraxılacaq Cəmiyyətin hər birinin nominal dəyəri 2  manatdır. İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 3 766 106 ədəd  ümumi nominal dəyəri 7 532 212  manat həcmindədir.

Nizamnamə kapitalı 7 544 936  manat olan səhmdar cəmiyyətin əsas fəaliyyət növü sulfat turşusu, dənəvər superfosfat gübrəsi və digər kimyəvi məhsulların istehsalı və satışı sahəsindədir. Məlumatda qeyd edilir ki, səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı və qeyri-maddi aktivləri yoxdur. Öhdəlikləri, cəmi 3 189 460 manat həcmindədir və hüquqi ünvanı Sumqayıt şəhəri, Bakı-Rostov şosesində yerləşir.

“Sumqayıt Superfosfat” ASC  1956 il tarixində istismara verilib və hazırda işçilərin sayı 31 nəfərdir.

 

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər