10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda Dövlət İnvestisiya Holdinqi yaradılacaq

Azərbaycanda post-pandemiya dövrü üçün müasir iqtisadiyyatda investisiya ilə bağlı yeni addımlar atılır.

Bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi proqramda deyilir.

Proqramda dövlət əmlakının idarə olunması sisteminin təkmilləşdirilməsi, o cümlədən dövlət şirkətlərinə münasibətdə dövlətin maraqlı tərəf (investor) qismində çıxış etməsi məqsədilə bir sıra islahatların keçirilməsi planlaşdırılır.

Bununla bağlı İqtisadiyyat Naziri və Maliyyə Naziri 2020-ci il ərzində:

  • Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqinin yaradılması;
  • Dövlət İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsi, korporativ standartların tətbiqi və maliyyə şəffaflığının təmin olunması;
  • Dövlət mülkiyyətli müəssisələr üzrə özəlləşdirmə proqramının hazırlanması kimi məsələləri hazırlamalıdır.
Son xəbərlər
Digər xəbərlər