6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dövlət istiqrazlarının gəlirliliyi aybaay düşür

Azərbaycanda dövlət istiqrazlarının gəlirliliyi bir qədər də zəifləyib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, avqust ayında 728 günlük istiqrazların gəlirlilik faizi maksimum 5.45%, orta ölçüdə isə 5.27% təşkil edib. Bu 2021-ci ilin aprelində maksimum olaraq 6.00%, ortaölçüdə isə 5.91% təşkil edirdi. Bu istiqrazlar ilin ilk hərracında isə maksimum 12.00%, orta ölçüdə isə 7.52% təşkil edirdi.

1 092 günlük istiqrazların gəlirliliyi isə maksimum olaraq 5.35% təşkil etmiş orta ölçüdə isə 5.32% ətrafındadır. Bu isə çox yaxın bir keçmişdə (avqustun 17-də) maksimumu 5.79%, ortaölçüdə isə 5.79% təşkil edirdi.

Banker.az analtikləri dövlət istiqrazlarının azalmasında əsas səbəbkar kimi ölkədə üzərlərində faizli öhdəliklər olan bank sektorunun kreditləşmdə hələ də tam istədikləri bazarı tapa bilmədiklərindən, onların qiymətli kağızlara yönəlməsi, yaxud təklifin tələbi üstələməsidir. Əlavə olaraq, Azərbaycan Mərkəzi Bankı öncəki ildə düzənlədiyi depozit ərraclarını ləğv edib, yalnız not hərraclarını saxlayıb.

Son xəbərlər
Digər xəbərlər