16 noyabr 2021-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 1 092 gün (3 il) olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az xəbər verir ki, beləliklə, 16 noyabrda keçirlən hərracda dövlət istiqrazları üzrə gəlirlilik 4.3001% səviyyəsində müəyyən edilib. Bu isə son illərin ən aşağı gpstəricisidir.
Üç illik dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 63.2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 101.9502 manat olub.
Sonuncu dəfə bu parametrlərdə olan istiqrazlar üzrə 15 milyon manatlıq təklifə 59.8 tələb müşahidə edilmişdi. İstiqrazların ödəmə müddəti 12 noyabr 2024-cü ildir.
Məlumat üçün bildirək ki, dövlət istiqrazlarının sonuncu dəfə gəlirliliyi 4.5131% olmuşdu. İlin əvvəli isə 8.2944% təşkil edirdi. Pandemiyadan öncə – 2020-ci ilin fevralında 6.3999% səviyyəsində idi.