10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik səviyyəsi araşdırılacaq

Yaxın bir ay ərzində Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizlik indeksini hazırlamaq məqsədilə yeni elektron sorğu sistemi tətbiq olunacaq.

Bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Mərkəzdən qeyd ediblər ki, indeksin optimal və real olması üçün hesablanma metodologiyası üzərində testlər aparılıb: “İndeksin hesablanması özü bir araşdırma və uyğunlaşdırma mövzusudur. Xüsusən də, təhlükələrin, hücumların dəyərləndirilməsi və indeksdə bu göstəricilərin rəqəm olaraq nəzərə alınması olduqca vacibdir”.

Yeni sorğu sistemində iki yeni modul tətbiq olunub ki, onlar vasitəsilə dövlət qurumlarının kibertəhlükəsizlik səviyyəsinin nə dərəcədə effektiv olduğunu və bu göstərici üzrə neçənci yerdə qərarlaşdığını görmək olacaq.

Yeni elektron sorğu sistemi vasitəsilə qurumlarda keçiriləcək təhlükəsizlik auditindən sonra dövlət qurumlarının kibertəhlükəsizlik reytinqi dərc olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər