2023-cü ildə Azərbaycanda dövlət satınalmalarının ümumi məbləği 2022-ci illə müqayisədə 11.3% artaraq 7 milyard 545,5 milyon manat təşkil edib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il satınalmaların sayı isə əvvəlki ilə nisbətən 3.1% artaraq 12 483-ə çatıb.
“İl ərzində satınalmalarıa orta iştirakçı sayı 3.9 olub. Prosesin əqəmsallaşdırılması ilə ölkədə rəqabətli, etibarlı və əlçatan satınalma prosesinin həyata keçirilməsi istiqamətində fəaliyyət genişləndirilir”, – deyə M.Abbasbəyli əlavə edib.