7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda dövlət torpaq kadastrı fondunun məlumatlarının istifadə təyinatı artırılıb

Nazirlər Kabineti 7 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi haqqında Əsasnamə”də dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra dövlət torpaq kadastrı fondunun məlumatlarından həm də “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bərpa olunan enerji mənbələrinin potensialı atlasının formalaşdırılması və aktuallığının təmin olunmasında istifadə ediləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər