8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 44 % artıb

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 4 880-dən çox Azərbaycan vətəndaşına 325 milyon manat kredit verilib.

Banker.az xəbər verir ki, bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, İKZF-nin fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir, ötən ilin eyni dövrü ilə müqayisədə 44% çoxdur.

Ümumiyyətlə isə, indiyə qədər Fond 36 mindən çox borcalana 1,969 milyard manat ipoteka krediti verib. Bunun 642 milyon manatı və yaxud 32,6%-i güzəştli şərtlərlə verilib.

Kreditlərin 69%-ni gənclər və gənc ailələr alıb. Regionda verilən kreditlərin payı isə 22% olub.

Son xəbərlər
Digər xəbərlər