2019-cu ilin 1 mart tarixinə əsasən Azərbaycanda 1 mln. 534,3 min nəfər insan iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışır.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlətdə çalışan işçilərin sayı 2,5% azalıb, özəl sektorda çalışanların sayı isə 6,4% artıb. 1 mart 2019-cu il tarixinə dövlətdə işləyənlərin ümumi sayı 865,3 min nəfər olub, ötən ilin eyni dövründə isə bu rəqəm 887,9 min nəfər idi.
Dövlətdə ən çox azalma isə Daşınmaz əmlakla bağlı əməliyyatlarda qeydə alınıb. Bu sektorda çalışanların sayı 15 min nəfərdən 7,3 min nəfərə qədər azalıb.
Özəldə isə ən çox azalma su təcihazı, tullantıların təmizlənməsi və emalı sahəsində baş verib – 3,2%. Özəldə çalışanların ən çox artım qeydə alındığı iqtisadi sahə isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatıdır – 40%.