Ötən il ölkə ərazisində saxta pul hazırlama və satma cinayətlərinin sayı açıqlanıb.
2020-ci ildə dövlətin iqtisadi təhlükəsizliyinin qorunması baxımından xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 39 (+13) saxta pul hazırlama və satma cinayəti aşkarlanıb.
Qanunsuz dövriyyədən 1 672 ədəd müxtəlif nominalda saxta əskinas çıxarılıb.