Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 19,9 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 4,7% çoxdur.
İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-oktyabr aylarında 19,21 mlrd. kVt-saat təşkil edib (5% artım).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 17,7 mlrd. kVt-saat istilik (6,1%-lik artım), 1,38 mlrd. kVt-saat su elektrik (9,6%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
©APA-Economics