9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanda elektrikli avtomobillər neçəyə satılır? (Siyahı)

Elektriklə işləyən – ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına şərait yaradır. Azərbaycanda da hökumət  bu avtomobillədən istifadəni təşviq etmək üçün bir sıra tədbirlər görür. Ötən ay Nazirlər Kabineti zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrikli minik avtomobillərin 15 faiz idxal gömrük rüsumundan azad edilməsi ilə bağlı qərar verib. Həmçinin, oktyabrın 1-dən ekoloji təmiz avtomobillərin kredit şərtlərinin yüngülləşdirilib. Bundan başqa, idxal olunan elektrik doldurma məntəqələri üçün lazım olan xüsusi avadanlıqlar rüsumdan azaddır.  Ekspertlərin fikrincə, bu tədbirlərin nəticəsi olaraq, 2030-cu ilə qədər elektromobillərin avtomobil idxalında payı indiki 5%-dən 50%-ə çata bilər.

Dünyada da ekoloji təmiz avtomobillərin istehsalı tendensiyası davam edir. Bir sıra markalar bu maşınların istehsalını artırır, hətta “Volkswagen” 2033-cü ilə qədər tamamilə  elektrik avtomobillərinin istehsalına keçməyi planlaşdırır.

Bəs Azərbaycanda yeni elektrik avtomobil almaq üçün nə qədər vəsait tələb olunur?

Banker.az ölkəmizdə satılan yeni elektromobillərin qiymətlərini araşdırıb təqdim edir:

 

 

 

Son xəbərlər
Digər xəbərlər