4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda eyni şəxsə məxsus iki aqrar şirkət səhm bazarına girir

Azərbaycanda eyni şəxsə məxsus iki şirkət QSC-yə çevrilib.

Banker.az xəbər verir ki, “Binə Aqro” MMC təşkilati hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilərək yenidən təşkil olunur.

Həmçinin “Binə Aqro” MMC-nin hüquq və öhdəlikləri təhvil aktı üzrə “Binə AQRO” QSC-yə ötürülür.

Bildirək ki, “Binə Aqro” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəşad Mailovdur. “Binə Aqro” Azərbaycanın ən böyük istixana kompleksidir.

Digər şirkət isə “Alfa Aqro” MMC-dir. “Alfa Aqro” MMC təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilərək yenidən təşkil olunur. “Alfa Aqro” MMC-nin hüquq və öhdəlikləri təhvil aktı üzrə “Alfa Aqro” QSC-yə ötürülür.

“Alfa Aqro”nun kapitalı 50 manatdır. Qanuni təmsilçisi isə Rəşad Mailovdur.

Son xəbərlər
Digər xəbərlər