Avqust ayının 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəətlə, 8-i zərərlə işləyib.
Mərkəzi Bankdan bildirilib ki, 2014-cü ilin yanvar-iyul ayları ərzində mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi xalis mənfəəti 292.82 milyon manat, zərərlə işləyən banklar üzə bank sektorunun xalis zərəri isə 38.45 milyon manat təşkil edib.
Nəticədə bank sisteminin yekun xalis mənfəəti 254.37 milyon manat təşkil edib, bu da 2013-cü ilin iyul ayı ilə müqayisədə 49,71 milyon manat və ya təxminən 24,2 faiz çoxdur.
AzərTAc