12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda fərdi sahibkarlara verilən kreditlər 2.23 mlrd. manata çatıb

Azərbaycanda mikro – fərdi sahibkarlara verilən kreditlərin həcmi artmaqdadır.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Belə ki, 1 mart 2023-cü il tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi illik müqayisədə aylıq 2%, illik isə 48.2% artmaqla 2 milyard 233 milyon manat təşkil edib.

Fərdi sahibkarlara verilən kreditlərin 2 milyard 169.8 milyon manatı milli və 63 milyon manatı isə xarici valyutada verilmişdir.

Fərdi sahibkarların banklardakı əmanətləri 248 mln. manat olub, bunun yalnız   32.6 milyon manatı xarici valyutadadır.

345453534534

Son xəbərlər
Digər xəbərlər