25 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı artıb

Bu ilin mart ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı fevral ayı ilə müqayisədə 1,55 faiz bəndi artıb.

Aprelin 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 36,1% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 3 faiz bəndi azdır. Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Instagram” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı mart ayı ərzində 3,3 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin aprelin 1-nə 22,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 11,8 faiz bəndi çoxdur.

Bu ilin mart ayı ərzində ölkə üzrə “Pinterest” şəbəkəsinin istifadəçilərinin fəallığı 9,8 faiz bəndi azalıb. Aprelin 1-nə olan məlumata görə, “Pinterest” Azərbaycan sosial media bazarında 15,7% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz bəndi azdır.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Twitter” – 12,8, “YouTube” – 11%, “VKontakte” – 1% və s.

©APA

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər