-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda fermerlərin faiz xərcini dövlət ödəyəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA ) müvəkkil banklar vasitəsilə fermerlər üçün yeni məhsul təqdim edəcək.

Bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib.

Onun sözlərinə görə, yeni layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin xərcləri üçün ayrılan 1 illik kreditlərin faiz xərcinin bir hissəsini dövlətin ödəməsini nəzərdə tutur:

“Banklar öz vəsaitləri hesabına fermerlərin əməliyyat xərclərini qarşılamaq üçün kredit verəcək və onların faizini qismən dövlət qarşılayacaq.

Bu layihə ilə bağlı şərtlər rəy üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda layihənin təsdiq prosesi tamamlandıqdan sonra şərtlərlə bağlı ictimaiyyətə məlumat veriləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər