9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 2,7% artıb

2019-cu ilin sentyabr ayında fiziki şəxslərin əmanətləri 8,491.3 mln. manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 2.7% (221.6 mln. manat) artım deməkdir.

Banker.az bu barədə  Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Artım daha çox tələbli əmanətlər hesabına baş verib. Belə ki, ilin əvvəlindən tələbli əmanətlər 8,4% (235 mln. manat) artıb. Digər müsbət trend milli valyutada olan əmanətlərin 21,8% (665,3 mln. manat) artmasıdır. Xarici valyutada olan əmanətlər isə əksinə olaraq 8,5% (443,7 mln. manat) azalıb.   

Hüquqi şəxslərin cəmi əmanətləri doqquz ay ərzində 12,2% və ya 1 259,8 mln. manat artaraq 11 571,3 mln. manata çatıb. Artım daha çox müddətli depozitlər hesabına baş verib. İlin əvvəlindən müddətli depozitlər 86,3% və ya 1 250,9 mln. manat artaraq 2 700,6 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər