6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri gəlir vergisinin həcmi artıb

Azərbaycanda fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri gəlir vergisinin həcmi cari ilin ilk 9 ayında 865.6 milyon manat olub. Bu da 2020-ci ilin müvafiq dövrünə nisbətdə 4.9% artım deməkdir. Sadələşdirilmiş vergidən isə dövlət büdcəsinə 217.9 milyon manat gəlir daxil olub ki, bu da analoji müqayisədə 9.9% azdır.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində cəmi olaraq dövlət büdcəsinə 17 948,6 milyon manat gəlir daxil olduğunu nəzərə alsaq fiziki şəxslərin gəlir vergisinin 4.82%-ə, sadələşdirilmiş verginin isə 1.21%-ə çatdığını müşahidə edərik. Öncəki ildə isə bu göstərici müvafiq olaraq 4.57% və 1.34% idi.

Hesabat dövründə fiziki şəxslərin ödədikləri gəlir vergisinin ÜDM-də payı 1.38%, sadələşdirilmiş verginin payı 0.35% təşkil edib, keçən ilin müvafiq dövründə isə bu göstəricilər müvafiq olaraq 1.584% və 0.464% olub.

Son xəbərlər
Digər xəbərlər