9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda gəmilərin yükdaşımaları artsa da, gəlirləri azalıb

Azərbaycanda gəmilərlə yükdaşımalardan gəlir 2024-cü ilin ilk rübündə azalıb.

Banker.az xəbər verir ki, ilin ilk rübündə xariclə su nəqliyyat əlaqələrində 52.6 milyon manatlıq gəlir əldə edilib. 2023-cü ilin ilk rübündə 62.91 mln. manatlıq gəlir əldə edilmişdi və cari ildə gəlirlərin 10.31 mln. manat və ya 20% azalması deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk rübündə ölkə ərazisində 1 mln. 935.8 min tonluq yük daşınıb və bunun da 1 mln. 754.7 min tonu tranzit yüklərlə bağlıdır. Bu yüklərin həcmi illik müqayisədə 11% artıb.

Qeyd edək ki, Azərbaycanda dəniz nəqliyyatı ilə əsasən Türkmənistan və Qazaxıstanın xam neftləri tranzit kimi istifadə edilərək Xəzər dənizindən Avropa bazarına çıxarılır. Həmçinin bir sıra yüklərin daşınması üzrə xidmət həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər