Azərbaycanda daha bir şirkət fəaliyyətini dayandır.
Banker.az xəbər verir ki, ” Young Business Factor” şirkəti ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Çingiz İldırım küçəsi, ev 66 ünvanına bildirə bilərlər.
Bildirək ki, Gənc Biznes Fabriki 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılmışdır. Əsas fəaliyyət Azərbaycanda və xarici ölkələrdə praktiki profesional təlim, konfrans, online kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsini təşkil edir.
GBF fəaliyyətinə İstanbulda təşkil olunmuş layihə ilə başlamışdır. Bu layihə çərçivəsində 5 Türkiyə Universitetində 30 nəfər azərbaycanlı gəncə biznes, layihələrin idarə olunması, menecment və s. Mövzularda təlimlər keçirildi.
Daha sonra Azərbaycanda YBF yaradılıb və ölkəmizdə gənclərin təcrübə keçməsinə yardım etməyə başlayıb.