24 C
Baku
Thursday, October 10, 2024

Azərbaycanda “GeoEngineering” şirkəti yeni səhmləri üçün investor axtarır: 90 min manatlıq səhm buraxdı

Azərbaycanda özəl mədən tədqiqatları şirkəti “GeoEngineering” Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 10 000 manat olan 9 ədəd adi, adlı, sənədsiz səhmlər buraxacaq.

Banker.az xəbər verir ki, bu barədə “GeoEngineering” ASC-nin Emissiya prospekti və ya informasiya memorandumunda bildirilir.

“GeoEngineering” Azərbaycanda və Xəzər dənizi regionunda 2008-ci ildən etibarən mühəndis-geologiya tədqiqatları, dağ-mədən qazma və dəniz işləri sektorlarında fəaliyyət göstərir.

Şirkət 2023-cü ildə daxili bazar üzrə gəlir 7.573 mln. manat gəlir, xarici bazardan isə 1.541 mln. ABŞ dolları gəlir əldə edib.

Şirkətin daxili bazarı kimi Azərbaycan əsas fəaliyyət sahəsini təmsil edir. Cəmiyyət hərtərəfli mühəndis-geoloji tədqiqatlar və mədən qazma xidmətləri təklif edir, həm dövlət, həm də özəl qurumlara, o cümlədən hökumət layihələri, infrastrukturun inkişafı və enerji kəşfiyyatına dəstək verir.

Azərbaycanda tələbat ölkənin təbii sərvətləri, xüsusən də neft, qaz və faydalı qazıntılar üzrə sərvətləri ilə şərtlənir ki, bu da geologiya və mədənçıxarma sahələrində xüsusi xidmətlərə ehtiyac yaradır. İnfrastrukturun, sənaye obyektlərinin tikintisi, yeni işlənmələr mühəndis-geoloji tədqiqatlar üçün imkanlar var.

“GeoEngineering” hazırda 110 000 manat nizamnamə kapitalına sahibdir və bu kapitalın 100 faizi Azərbaycan vətəndaşı Arzu Zeynalov Zeynalabdin oğluna məxsusdur.

Şirkət ard-arda illərdir ki, xalis mənfəət əldə edib və bu onun kapital mövqeyini artırıb. Hazırda 3.339 mln. manat xalis aktivə (cəmi kapital) sahibdir.

Şirkətin xalis mənfəəti 2021-ci ildə 0.279 mln. manat, 2022-ci ildə 3.222 mln. manat və 2023-cü ildə isə 0.695 mln. manat olub.

Banker.az-ın “İnvestisiya” bölməsi hazırkı səhmlərin dəyərini sadə hesablama ilə 303 537 manat kimi qiymətləndirir.

Belə ki, şirkətin hər səhminə düşən mənfəətlilik (EPS) 62 214.33 manat, qiymətdə qazanc isə (p/e) 303 538 manat olub.

Son xəbərlər
Digər xəbərlər