Azərbaycanda daha bir holdinq fəaliyyət göstərəcək.
Banker.az xəbər verir ki, bu yeni holdinqin adı “Green City Holding”dir.
“Green City Holding” 2 mart 2020-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Yeni yaradılacaq holdinqin qanuni təmsilçisi Mustafayev Fərhad Fariz oğludur.
Yeni Holdinq Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan ev.25 m.54 ünvanında fəaliyyətə başlayacaq.