19 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda gübrə və toxumlar satan şirkətin gəlirləri kəskin artıb

Azərbaycanda aqrar məhsulların satışını həyata keçirən “SARA Group” QSC-nin 2021-ci ildə gəlirlərinin öncəki illə müqayisədə 4 dəfə artması məlum olub.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, şirkətin 2021-ci ildə satışlardan gəliri 22.08 mln. manat təşkil edib. Bu, 2020-ci ildə 5.41 mln. manat gəlir əldə etmişdi. Malın maya dəyəri isə illik müqayisədə 4.4 dəfə artımla 19.46 mln. manata çatıb.

Hesabat ərzində 457 min manat əməkhaqqı ödənişi həyata keçirib.

Bütün gəlir və xərclər fərqindən sonra şirkətin xalis mənfəəti illik müqayisədə 22% artaraq 572 min manat olub.

1 yanvar 2022-ci il tarixinə “SARA Group” QSC-nin aktivlərinin həcmi 15.93 mln. manat, öhdəliklərinin həcmi 15.01 mln. manat, kapitalın həcmi isə 834 min manat təşkil edib.

Xatırladaq ki, SARA Group QSC 2006-cı ildə yaradılıb və şirkətin 4 010 manat nizamnamə kapitalı var. Şirkətin nizamnamə kapitalının 100%-i Əmirov Zahid Vahid oğludur. Şirkət “Sara İnvest” MMC-yə daxildir. Şirkət fermerlər üçün Rusiya və Avropa istehsalı olan gübrələrin, toxumların, dərmanların topdan və pərakəndə satışını həyata keçirir.

S1

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər