10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda günlük yoluxma sayı 1000-dən aşağı düşdü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Banker.az verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Ümumilikdə 313 812 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib, aktiv xəstə sayı 29 007 nəfərdir.

Son xəbərlər
Digər xəbərlər