7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda həyat sığortası bazarı 26% böyüyüb

Bu ilin yanvar-noyabr aylarında könüllü həyat sığortası üzrə sığorta haqqları 290.9 mln. manat olub ki, bu da əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 25.8% çoxdur. Bu ilin ilk 11 ayındakı sığorta ödənişlərinin həcmi isə illik müqayisədə 7.6% artaraq  226.3 mln. manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

11 ay ərzində yığılmış sığorta haqqlarının 85.2%-ini həyatın yaşam sığortası, 13.3%-ini həyatın ölüm halından sığortası təşkil edib. Sığorta ödənişlərində isə həyatın yaşam sığortasının payı 98.5% olub.

Cari ilin ilk 11 ayında icbari həyat sığortasının həm sığorta haqqları, həm də sığorta ödənişlərinin həcmində artım müşahidə olunub. Belə ki, sığorta haqqları illik müqayisədə 15.8% artaraq 57.5 mln. manat, sığorta ödənişləri isə 61.2% artaraq 3.7 mln. manata çatıb.

 

Son xəbərlər
Digər xəbərlər