26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığorta haqqı 5 milyon artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən hava nəqliyyatı vasitələrinin sığortası üzrə 15 milyon 788 min manata yaxın sığorta haqqı toplanıb, 1 milyon 647 min  manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə hava nəqliyyat vasitələrinin sığortası üzrə toplanan haqlar 5 milyon 185 min çox, ödənişlər isə 4 milyon 48 min azdır.

Həmçinin qeyd edək ki, yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən əmlak sığortası üzrə 122 milyon 276 min manat məbləğində sığorta haqqı toplanıb, 25 milyon 502 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər