7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda “Hell” energetik içkilərini satan şirkət ləğv edildi

Azərbaycanda “Hell” energetik içkilərini satan şirkət ləğv edildiyini açıqladı.

Banker.az xəbər verir ki, “Coast Castle” MMC ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel pr 23 küçəsi, ev Amay ticarət mərkəzi, mənzil 3 cü mərtəbə 10cu otaq ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Coast Castle” MMC Macarıstanda istehsal olunan “Hell” energetik içkisinin Azərbaycanda distributorudur.

Bildirək ki, şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb. “Coast Castle” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ruslan Dəmirçiyevdir.

Xatırladaq ki, 2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatası “Coast Castle” MMC-ni 129 024 manat cərimələmişdir. Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib. İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər