Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Proqramının layihəsinin hazırlanması prosesinə başlayıb. Bu barədə nazir İnam Kərimov məlumat verib.
Nazirlikdən verilən məlumata görə, İ.Kərimov Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüşüb.
O, Azərbaycanda aqrar sektorun davamlı inkişafının təmin olunması baxımından belə görüşlərin əhəmiyyətini qeyd edib.
İ.Kərimov bildirib ki, Azərbaycanda heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanır.
Görüşdə “MPRO”, “Biləsuvar aqro”, “Amal”, “SANİ”, “Bozdağ”, “Real İnkişaf”, “Gilan Diary Farms” və digər şirkətlərin təmsilçiləri iştirak ediblər.