10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda holdinqin vergi borcu 3 qat artıb

Azərbaycanda 1993-cü ildə yaradılan “Cahan Holdinq”in dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Cahan Holdinq”in 1 899 manat vergi borcu var.

Qeyd edək ki, bu borclar barədə son məlumat 14 mart 2021-ci il tarixinə qədər olandır. 10 iyun 2020-ci il tarixinə isə vergi borcu 656 manat təşkil edirdi.

Xatırladaq ki, hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirən “Cahan Holdinq” avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində nəzərə çarpacaq irəliləyişlər əldə etməklə bərabər, bəzi tanınmış brendlərin rəsmi nümayəndəsidir.

 

Son xəbərlər
Digər xəbərlər