7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda I rübdə əsas kapitala yatırım 63% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 2 876,8 mln. manat məbləğində vəsait yönəldilib. Bu, illik müqayisədə 62,7% çoxdur. Dövlət Statistika Komitəsinin 2016-cı ilin birinci rübü ilə bağlı açıqladığı hesabatda qeyd edilir.

Məlumata görə, istifadə olunmuş vəsaitin 2 529,7 mln. manatı və ya 87,9%-i məhsul istehsalı obyektləri, 222,1 mln. manatı və ya 7,7%-i xidmət sahələri üzrə obyektlərin, 125,0 mln. manatı və ya 4,4%-i isə ümumi sahəsi 334,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 mln. manatını və ya 31,3%-ni daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitin 2 013,4 mln. manatı və ya 70,0%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Report

Son xəbərlər
Digər xəbərlər