10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda icarə müqavilələrinin sayı 3 dəfəyə yaxın artıb

2022-ci ilin yanvar-iyul ayları ərzində ümumilikdə, 2 252 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 498-i qeyri-yaşayış sahəsi, 1 754-ü isə torpaq sahələrinə aid olub. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə çoxdur.

Banker. bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətinin məlumatına əsasən, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 7 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 13.9 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Qeyd olunur ki, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə, 46.3 milyon manata yaxın vəsait daxil olub.

Son xəbərlər
Digər xəbərlər