6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda idxal inflyasiyası yanvarda düşüb

Azərbaycanda idxal inflyasiyası 2024-cü ilin yanvarında azalıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2023-cü ilin dekabrında idxal olunan məhsulların qiymətləri indeksi illik müqayisədə 16.7 faiz olduğu halda, 2024-cü ilin yanvarında 15.1 faizə düşüb.

Ən çox artım mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatlardadır. Bu məmulatlar 81.3 faiz artım göstərib.

Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsulları əksinə 15.4 faiz ucuzlaşıb.

İdxal inflyasiyası — idxal qiymətlərinin artması və ölkəyə əhəmiyyətli xarici valyuta axını nəticəsində baş verən inflyasiyadır.

2024-cü ilin yanvar ayında idxal olunan mallar üzrə qiymət indeksləri, illik müqayisə

  Diri heyvanlar; Heyvan mənşəli məhsullar 103.0
  01   Diri heyvanlar 108.1
  02   Ət və qidaya yararlı əlavə ət məhsulları 115.1
  03   Balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları 105.0
  04   Süd məhsulları; Quş yumurtası; Təbii bal, başqa yerdə adları çəkilməyən və daxil edilməyən heyvan mənşəli qida məhsulları 94.3
  05   Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən heyvan mənşəli məhsullar 160.9
  Bitki mənşəli məhsullar 93.0
  06   Canlı ağaclar və digər bitkilər; soğanaqlar, köklər və bitkilərin digər analoji hissələri; Kəsilmiş çiçəklər və dekorativ bitkilər 141.1
  07   Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları 109.9
  08   Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları 107.0
  09   Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar 100.1
  10   Dənli bitkilər 79.3
  11   Unüyütmə-yarma sənayesi məhsulları; Səməni; Nişastalar;İnulin; Buğda özü 100.6
  12   Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem 119.1
  13   Təmizlənməmiş təbii şellak; Kitrələr, qatranlar və digər bitki şirələri və ekstraktları 105.4
  14   Hörmə məmulatlarının hazırlanması üçün bitki materialları; Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər bitki mənşəli məhsullar 119.4
  Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; 84.6
  15   Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; Hazır qida piyləri; Heyvan və ya bitki mənşəli mumlar 84.6
  Hazır qida məhsulları; Alkoqollu və alkoqolsuz içkilər və sirkə; Tütün və onun əvəzediciləri 108.6
  16   Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar 112.4
  17   Şəkər və şəkərdən qənnadı məmulatları 108.0
  18   Kakao və onun məhsulları 110.9
  19   Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; Unlu qənnadı məmulatları 103.6
  20   Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları 116.0
  21   Müxtəlif qida məhsulları 97.7
  22   Alkoqollu və ya alkoqolsuz içkilər və sirkə 117.0
  23   Yeyinti sənayesinin qalıqları və tullantıları; Heyvanlar üçün hazır yem 107.4
  24   Tütün və tütünün sənaye əvəzediciləri 114.1
  Mineral məhsullar 120.2
  25   Duz; Kükürd; Torpaqlar və daş; Suvaq materialları, əhəng və sement 113.2
  26   Filizlər, şlak və kül 124.1
  27   Mineral yanacaq, neft və onun qovulma məhsulları; Bitumlu maddələr; Mineral mumlar 120.3
  Qeyri-üzvi kimya sənayesinin və onunla əlaqədar sənaye sahələrinin məhsulları 113.3
  28   Qeyri-üzvi kimya məhsulları; Qiymətli metalların, nadir torpaq metalların, radioaktiv elementlərin və ya izotopların qeyri-üzvi və ya üzvi birləşmələri 107.1
  29   Üzvi kimyəvi birləşmələr 106.7
  30   Əczaçılıq məhsulları 105.3
  31   Gübrələr 78.3
  32   Aşılayıcı və boyayıcı ekstraktlar; Tanninlər və onların törəmələri; Boyaqlar, piqmentlər və digər boya maddələri; Boyalar və laklar; Şpaklovka və digər mastikalar; Poliqrafiya boyaları, mürəkkəblər, tuş 124.2
  33   Efir yağları və rezinoidlər; Ətriyyat, kosmetika və tualet vasitələri 135.4
  34   Sabun, səthi-aktiv üzvi maddələr, yuyucu vasitələr, sürtkü materialları,süni və hazır mumlar,təmizləmə və ya pardaqlama üçün tərkiblər, şamlar və analoji məmulatlar, yapma üçün pasta, plastilin və diş müalicəsi üçün gips əsaslı tərkiblər 116.5
  35   Zülalii maddələr; Modifikasiya olunmuş nişastalar; Yapışqanlar; Fermentlər 124.6
  36   Partlayıcı maddələr; Pirotexniki məmulatları; Kibritlər; Pirofor ərintilər; Bəzi yanar maddələr 98.5
  37   Foto və kino malları 147.0
  38   Digər kimyəvi məhsullar 133.8
  Plastmaslar və onlardan hazırlanan məmulatlar; Kauçuk, rezin və onlardan məmulatlar 116.1
  39   Plastmaslar və onlardan hazırlanan məmulatlar 110.3
  40   Kauçuk, rezin və onlardan hazırlanan məmulatlar 134.1
  Emal olunmamış gönlər, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan məmulatlar və s. 158.5
  41   Emal olunmamış gönlər (təbii xəzdən başqa) və aşılanmış dəri 74.2
  42   Dəri məmulatları; Sərraclıq-yəhər məmulatları və qoşqu; Yol ləvazimatları, çantalar və analoji mallar; Heyvanların daxili orqanlarından hazırlanan məmulatlar (barama qurdunun ipək ifraz edən vəzilərindən başqa) 163.5
  43   Təbii və süni xəz; Ondan hazırlanan məmulatlar 66.3
  Oduncaq və ondan hazırlanan məmulatlar;Ağac kömürü; Mantar və ondan hazırlanan məmulatlar və s. 103.4
  44   Oduncaq və ondan hazırlanan məmulatlar; Ağac kömürü 103.1
  45   Mantar və ondan hazırlanan məmulatlar 159.2
  46   Küləşdən, alfadan və digər hörmə üçün materiallardan məmulatlar; Səbət məmulatları və hörülmüş məmulatlar 188.1
  Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağızlar və s. 111.1
  47   Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağız və karton (makulatura və tullantılar) 83.4
  48   Kağız və karton; Kağız kütlədən, kağızdan və ya kartondan məmulatlar 105.5
  49   Çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatları; Əlyazmalar, makinada yazılan mətnlər və planlar 160.8
  Toxuculuq materialları və məmulatları 138.6
  50   İpək 100.7
  51   Yun, zərif və ya qaba heyvan tükü; At tükündən iplik və parça 82.9
  52   Pambıq 118.5
  53   Digər bitki mənşəli tekstil lifləri; Kağız iplik və kağız iplikdən parçalar 74.0
  54   Kimyəvi saplar, kimyəvi tekstil materiallarından yastı və analoji saplar 131.1
  55   Kimyəvi liflər 98.2
  56   Pambıq, keçə və ya fetr və toxunmamış materiallar; Xüsusi iplik; Ciyələr, kəndirlər, kanatlar və troslar və onlardan məmulatlar 107.6
  57   Xalçalar və digər tekstil döşəmə örtükləri 118.9
  58   Xüsusi parçalar; Taftinqli tekstil materiallar; Krujeva; Qobelenlər; Bəzək materialları; Naxış tikmələri 130.5
  59   Hopdurulmuş, üzlüklü və ya təkrarlanmış tekstil materialları; Texniki təyinatlı tekstil materialları 102.2
  60   Maşınla və əllə toxunmuş trikotaj parçalar 109.2
  61   Maşınla və ya əllə toxunmuş trikotaj geyim əşyaları və geyim üçün ləvazimatlar 151.9
  62   Maşınla və ya əllə toxunmuş trikotajdan başqa, geyim əşyaları və geyim üçün ləvazimatlar 155.8
  63   Digər hazır toxuculuq məmulatları; Dəstlər; İşlənmiş geyimlər və toxuculuq məmulatları; Cır-cındır 159.0
  Ayaqqabı, baş geyimləri, çətirlər, günəş qoruyucu çətirlər, çəliklər, lələklər və s. 141.6
  64   Ayaqqabı, getrlər və analoji məmulatlar; Onların detalları 144.3
  65   Baş geyimləri və onların hissələri 129.0
  66   Çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, at miniciliyi üçün qamçılar və onların hissələri 78.2
  67   Emal edilmiş lələklər və pərğu və lələklərdən və ya pərğudan məmulatlar; Süni çiçəklər; İnsan saçından məmulatlar 110.4
  Daşdan, gipsdən, sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar 111.2
  68   Daşdan, gipsdən , sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar 119.5
  69   Keramika məmulatları 109.7
  70   Şüşə və ondan hazırlanan məmulatlar 106.3
  Mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatlar 181.3
  71   Təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; Bijuteriya; Sikkələr 181.3
  Azqiymətli metallar və onlardan hazırlanan məmulatlar 115.4
  72   Qara metallar 106.3
  73   Qara metallardan məmulatlar 118.4
  74   Mis və ondan hazırlanan məmulatlar 113.5
  75   Nikel və ondan hazırlanan məmulatlar 128.7
  76   Alüminium və ondan hazırlanan məmulatlar 111.5
  78   Qurğuşun və ondan hazırlanan məmulatlar 78.4
  79   Sink və ondan hazırlanan məmulatlar 113.0
  80   Qalay və ondan hazırlanan məmulatlar 100.0
  81   Digər qiymətsizi metallar; Metal-keramika; Onlardan hazırlanan məmulatlar 101.1
  82   Qiymətsiz metallardan alətlər, qurğular, bıçaq məmulatları, qaşıqlar və çəngəllər; Onların qiymətsiz metallardan olan hissələri 133.8
  83   Qiymətsiz metallardan hazırlanan digər məmulatlar 146.4
  Maşınlar, avadanlıq və mexanizmlər; Elektrotexniki avadanlıq; onların hissələri və s. 123.6
  84   Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; Onların hissələri 124.1
  85   Elektrik maşınlar və avadanlıq, onların hissələri; Səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirinin və səsin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları 122.7
  Yerüstü nəqliyyat vasitələri, üzən vasitələr və nəqliyyata aid qurğular 110.6
  86   Dəmiryol lokomotivləri və ya mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri; Dəmiryol və ya tramvay xətləri üçün yol avadanlığı və qurğuları və onların hissələri; Bütün növ mexaniki siqnal avadanlığı 105.7
  87   Dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, yerüstü nəqliyyat vasitələri və onların hissələri və ləvazimatları 113.3
  89   Gəmilər, qayıqlar və üzən konstruksiyalar 101.9
  Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi cərahiyyə alətləri və s. 144.9
  90   Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi və ya cərrahiyyə alətləri və aparatları; Onların hissələri və ləvazimatları 141.3
  91   Bütün növ saatlar və onların hissələri 196.8
  92   Musiqi alətləri; Onların hissələri və ləvazimatları 107.7
  Müxtəlif sənaye malları 134.3
  94   Mebel; Yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; Üzərində ad və ya ünvan yazılmış işıq tabloları 140.0
  95   Oyuncaqlar, oyunlar və idman inventarı; Onların hissələri və ləvazimatları 162.2
  96   Müxtəlif hazır məmulatlar 107.4
  İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları 105.3
  97   İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları 105.3
  C Ə M İ: 115.1

 

Son xəbərlər
Digər xəbərlər