Azərbaycanda iki bank olmayan kredit təşkilatının (BOKT) bizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, bunlar “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC və “İcraçı Kredit Agentliyi” Bank Olmayan Kredit Təşkilatı MMC-dir.
“Azmikroinvest”in nizamnamə kapitalı 250 000 manat və ya 38.5% artırılmaqla 898 600 manata yüksəldilib.
“İcraçı Kredit Agentliyi”nin isə 71 001 manat və ya 28% artırlmaqla 324 166 manata yüksəldilib.