17 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda iki şirkət ləğv olunub, ikisi birləşib

“Noble Sky Limited” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, kreditorlar tələblərini Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 90 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Kayman adalarında qeydiyyatdan keçən “Noble Sky Limited” şirkəti Azərbaycanda quruda yerləşən “Qaraçuxur” Neft yatağının işlənməsi ilə məşğul olub.

Digər qurum “Neftmaş-Tikinti”ASC-nin səhmdarları avqustun 26-da toplaşacaq.

Ümumi yığıncaq səhər saat 11:00-da qurumun Dərnəgül şossesi 2082-ci məhəllə ünvanında keçiriləcək.

Yığıncağın gündəliyinə iki məsələ daxildir. Onlardan birincisi “Neftmaş-Tikinti”nin istifadəsində olan dövlət mülkiyyətindəki torpaq sahəsinin özəlləşdirilməsi və ya cəmiyyət tərəfindən icarəyə götürülməsinin mümkünlüyü barədədir.

Digər məsələ isə qurumun Nizamnaməsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Cəmiyyətin ləğvinin həyata keçirilməsi ilə bağlıdır.

Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkətinə məxsus (SOCAR) “SOCAR CNG” MMC “SOCAR Petroleum” QSC-yə birləşib.

Bu barədə hər iki qurum rəsmi mətbuatda məlumat yayıb.

Beləliklə hər iki qurumun səlahiyyətlərini “SOCAR Petroleum” icra edəcək.

© Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər