1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda ilin ən yaxşı investisiya şirkəti seçilib

Böyük Britaniyanın “International Finance” jurnalının 2020-ci il üzrə araşdırmasına əsasən, “Unicapital İnvestisiya Şirkəti” ASC iki nominasiya üzrə qalib olub.

Banker.az bu barədə quruma istinadən xəbər verir.

Belə ki, araşdırmaların nəticəsi olaraq, Unicapital “Azərbaycanda Ən Yaxşı İnvestisiya Şirkəti -2020” və “Azərbaycanda Ən Yaxşı Broker Xidmətinin Təşkili- 2020” mükafatlarına layiq görülüb.

Mükafat aşağıdakı göstəricilər əsasında təqdim edilib:

  • Şirkətin bazardakı payı
  • Müştəri məmnuniyyəti və reputasiya
  • Maliyyə göstəriciləri və inkişaf perspektivi
  • Xidmətlər üzrə müştərilərin sayı və həcmi
  • Anderraytinq xidmətinin keyfiyyəti
  • Portfelin idarə olunması üzrə strategiyalar
  • Əqd-lərin sövdələşməsi və maliyyə həlləri
  • Tətqiqat və investisiya məsləhəti
  • Yeni bazarlara çıxış və innovativ yanaşma

Qeyd edək ki, Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir.

Son xəbərlər
Digər xəbərlər