9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ilin 9 ayında ərzağa nə qədər xərcləyib? – rəqəmlər

2018-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 29,5 milyard manata bərabər olub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinad edir.

“Ticarət dövriyyəsinin 14,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,1 faiz və 3,2 faiz üstələyib.” – deyə Dövlət Komitəsi bildirir.

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2017-ci ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 26 158,1 102,7
o cümlədən:
ərzaq məhsulları  12 013,5 102,2
içkilər və tütün məmulatları 1 120,4 101,0
toxuculuq məhsulları, geyim və ayaqqabılar 4 759,2 103,4
elektrik malları və mebellər 1 632,9 102,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 192,7 102,1
əczaçılıq və tibbi mallar 349,7 102,4
avtomobil yanacağı 1 485,2 101,9
digər qeyri-ərzaq məhsulları     4 604,5 103,8

 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının 17,0 faizi ticarət müəssisələri, 50,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 37,1 faiz artmış, fərdi sahibkarlar üzrə 1,1 faiz, bazar və yarmarkalarda 4,4 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  300,4 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,8 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

Son xəbərlər
Digər xəbərlər