11 C
Baku
Saturday, May 11, 2024

Azərbaycanda ilk dəfə bank kartlarının sayı 10 milyonu ötüb

Azərbaycanda bank kartlarının sayı tarixi rekord yeniləməklə 10 milyonu ötüb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bank kartlarının sayı 2021-ci ilin 1 iyul tarixinə 10 milyon 51 min olmuşdur.

Bu da son bir ayda 79 min (0.8%) artım deməkdir.

Bank kartlarının 3 469 min ədədi sosial kartlar, 2 593 min ədədi əmək haqqı kartları, 2 786 min ədədi digər və 1 203 min ədədi isə kredit kartları təşkil etmişdir.

Son bir ayda sosial kartlar 34 min ədəd (0.97%), əmək haqqı kartları 3 min ədəd (0.12%) azaldığı halda, digər kartlar 94 min ədəd (3.49%)  və kredit kartları isə 22 min ədəd (1.86%) artmışdır.

Son ayda debet kartları ilə 27 917 min  əməliyyat aparılmış və bu da 2 milyard 903 milyon manatı əhatə edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər