15 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda ilk dəfə “Insurtech Zirvəsi” keçirilir

®Azərbaycan Respublikasının Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası, “Türkiye InsurTech Hub” və “New Generation Management Company”nin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Azərbaycan Insurtech Zirvəsi” keçirilir.

ASA-dan verilən məlumata görə, tədbirdə Azərbaycanın və Türkiyənin sığorta sektorunun və texnologiya brendlərinin nümayəndələri, eləcə də maliyyə bazarının digər təmsilçiləri iştirak edirlər.

Zirvə toplantısının başlıca məqsədi Türkiyə sığorta şirkətlərinin rəqəmsallaşma sahəsindəki təcrübələri və Türkiyənin sektor lideri olan texnologiya brendləri ilə birgə Azərbaycanın sığorta bazarında rəqəmsallaşmanın inkişafına töhfə verməkdir.

Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili və digər rəsmilər çıxış edəcəklər.

Zirvə çərçivəsində Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyevin və türkiyəli spiker Fatih Acerin sığorta sektorunun təhlilinə dair təqdimatları nümayiş etdiriləcək. Həmçinin Azərbaycan və Türkiyə panelləri üzrə təşkil olunacaq müzakirələrdə qardaş ölkələrin spikerləri təcrübə mübadiləsi edəcəklər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər