10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda ilk dəfə ipoteka kreditləri 3 milyard manatı keçdi

2023-cü ilin yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq
19 milyard 669.6 mln. manat olub.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Yanvar ayında biznes kreditləri portfeli 9 milyon 500 min manat azalaraq 10 milyard 845.6 milyon manata, istehlak kreditləri portfeli 57 milyon 800 min manat artaraq 5 milyard 811.9 milyon manata, ipoteka kreditləri portfeli isə 27 milyon manat artaraq 3 milyard 12.2 milyon manata çatıb.

Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 55.2%, istehlak kreditləri – 29.5%, ipoteka kreditləri – 15.3% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər