Azərbaycanda ilk dəfə olaraq Parabank müştərilərin fikirlərini nəzərə alıb yeni bir proqram təklif edir. 1991-ci ildən etibarən Parabankın əsas strategiyalarından biri müştərilərinə yüksək səviyyədə xidmət təşkil etməkdir. 24 ildə müştərinin razılığını təmin etmək bankın əsas hədəflərindən biri olmuşdur. Bu xidməti stabil saxlamaq, zamanla yüksək səviyyəyə qaldırmaq üçün belə bir kampaniya başlamağı zəruri bilmişdir. “Müştərinin Səsi” adlanan bu proqramın əsası rəsmi facebook səhifəsində (https://www.facebook.com/Parabank) qoyulmuşdur və bu vasitə ilə müştəri birbaşa şəkildə öz təklif, narazılıq və ya şikayətini banka bildirə biləcək. Proqramın fərqliliyi ondan ibarətdir ki, şikayəti təsdiqlənmiş müştəri bank tərəfindən simvolik olaraq 10 manat məbləğində mükafatlandırılacaq. Filialların fəaliyyəti ilə bağlı şikayətlər Parabankın “Filialların idarə edilməsi və satış Departamenti”ndə araşdırılır.
Bununla bank həm müştərilərinə dəyər verdiyini bir daha sübut etmiş, eyni zamanda, filiallarda qeyri-müəyyən qayda pozuntularının qarşısını almış olur.
Parabank Müştərinin fikrini bu layihədə əsas tutaraq kampaniyanı “Sizin səsiniz bizim üçün əhəmiyyətlidir!” devizi altında başlamışdır. Amerika və Kanadada bank sektorunda məşhur olan bu proqram Azərbaycanda ilk dəfə Parabank tərəfindən start verilmişdir. Bir neçə gündür başlayan və rəsmi facebook səhifəsində təməli qoyulan “Müştərinin Səsi” proqramı nəzdində artıq şikayətlər daxil olur, qeyd olunan departament tərəfindən araşdırılır.
Xatırladaq ki, “Parabank” ASC 1991-ci ildən fəaliyyət göstərir.