8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda inflyasiya 3,5%- düşüb

2018-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8 faiz bahalaşmışdır.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərin dəyişməsi haqqında açıqladığı hesabatda deyilir.

Cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz ucuzlaşmış, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır.

Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə yağının, limonun, bananın, pomidorun, xiyarın, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma, zeytun və qarğıdalı yağlarının, portağalın, almanın, armudun, göyərtinin, soğanın, qəhvə və çayın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər