10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda inflyasiyanın MDB ölkələrindən yüksək olmasının səbəbi açıqlanıb

MDB ölkələrində inflyasiya Azərbaycandan daha aşağıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, MDB ölkələrində sərbəst üzən məzənnə var: “Bu da inflyasiyaya azaldıcı təsir edir. Ölkəmizdə inflyasiya 11.5 %-dir, onun 70%-i idxal olunan inflyasiyadır. Biz fərqli ölkələrlə müqayisə edə bilərik. Amma biz səbəbi tapmalıyıq. Çində 0.2 % inflyasiya var, bu, əslində yaxşı hal deyil, bu inflyasiya iqtisadi inkişafa yaxşı təsir etmir. Çünki inflyasiya olmalıdır ki, iqtisadi inkişaf dəstəklənsin. Bizim üçün məqbul inflyasiya 4 faizdir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər