“Metatron İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Metatron İnşaat” MMC-nin vergi borcu 12 725 166 manatdır. Bu vergi borcu 22.10.2023-cü il tarixinə olan məlumatdır.
Qeyd edək ki, bu şirkət 2019-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Zaur Mehtiyevdir.