7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda “Instagram” istifadəçilərinin fəallığı avqustda artıb

Bu ilin avqust ayında Azərbaycanda “Instagram” istifadəçilərinin fəallığı iyul ayı ilə müqayisədə 7.2 faiz bəndi artıb.

Bu ilin sentyabrın 1-nə “Instagram”ın Azərbaycanın sosial media bazarında payı 27.6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 23.3 faiz bəndi çoxdur.

Populyarlığına görə “Instagram” ötən ayın nəticələrinə əsasən ölkənin sosial media bazarında birinci yerdədir.

Populyarlığına görə ikinci yerdə “Facebook” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı avqust ayı ərzində 1.8 faiz bəndi azalıb. “Facebook”un Azərbaycan bazarında payı bu ilin sentyabr ayının 1-nə 25.3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 47 faiz bəndi azdır.

Bu ilin avqust ayı ərzində ölkə üzrə “YouTube” şəbəkəsinin istifadəçilərinin fəallığı 4.8 faiz bəndi azalıb. Sentyabrın 1-nə olan məlumata görə, “YouTube” Azərbaycanın sosial media bazarında 20.4% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.9 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Pinterest” – 15%, “Twitter” – 7.5%, “Reddit” – 1.4%, “VKontakte” – 1.2% və s.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər