6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda internet provayder xidmətləri təqdim edən şirkət valyuta qaydalarını pozub

“Konnekt” QSC cərimələnir.

Banker.az xəbər verir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib, məhkəməyə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılacaq, hakim isə Hafiz Kamranovdur.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Qeyd edək ki, “Konnekt QSC Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən şirkətlərdəndir. Şirkətin əsası 2005-ci ildə qoyulmuşdur. Şirkət hazırda Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə efir-kabel televiziyası və internet provayder xidmətləri təqdim edir.

Son xəbərlər
Digər xəbərlər