“PSG-Kapital İnvestisiya Şirkəti” qapalı səhmdar cəmiyyətindən açıq səhmdar cəmiyyətinə çevrilib.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.
Bundan sonra şirkət “PSG-Kapital İnvestisiya Şirkəti” ASC kimi fəaliyyət göstərəcək.
Şirkət 2012-ci ildə yaradılıb və hazırda 6 250 000 manat nizamnamə kapitalına sahibdir.
Onun nizamnamə kapitalında 100%-lik pay Faiq Məmmədova məxsusdur.