Azərbaycanda ipoteka kreditləşməsi rüblük azalıb – Bu son 6 ildə ilkdir

2026-cı ilin ilk rübündə Azərbaycan bank sektorunda ipoteka kreditlərinin həcmi illik müqayisədə azalma nümayiş etdirib. Rüblər üzrə zalma 2020-ci ilin ikinci rübündən (0.4% azalmışdı) bu tərəfə ilkdir. Bankner.az-ın Bank hesabatlarına istinadən apardığı ilkin hesablamalara görə, sektor üzrə ümumi ipoteka portfeli 4 milyard 405 mln manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0.23% azdır.

Bununla belə ən böyük ipoteka portfelinə malik olan ABB-də illik müqayisədə 1.1% artım qeydə alınıb və portfel 1 milyard 567.2 mln manata çatıb. ABB həm də bu bazarda 36%-lik paya sahibdir. Digər iri banklar “Azər Türk Bank” ASC 1.5%, “Rabitəbank” ASC isə 0.6% artım göstərib. “Ziraat Bank Azərbaycan” ASC-də də nisbətən yüksək – 3.7% artım müşahidə olunub ki, bu da kiçik baza fonunda baş verib.

Bununla yanaşı, bir sıra banklarda ipoteka portfelində azalma daha nəzərəçarpan olub. Ən böyük geriləmə “AFB Bank” ASC-də qeydə alınıb – bankın ipoteka portfeli illik müqayisədə 2.5% azalaraq 66.9 mln manata düşüb. “Bank Respublika” ASC-də azalma 2.2%, “Bank Avrasiya” ASC-də isə 1.9% təşkil edib. Eyni zamanda “Kapital Bank” ASC və “Premium Bank” ASC-də də ipoteka kreditləri üzrə 1.9% azalma qeydə alınıb.

Digər iri banklardan “PAŞA Bank” ASC və “Unibank” KB ASC-də azalma 1.3–1.6% intervalında olub, “Xalq Bank” ASC-də isə bu göstərici 1.2% səviyyəsində qərarlaşıb. Bank of Baku ASC və TuranBank ASC-də isə dəyişiklik minimal olub və portfellər demək olar ki, sabit qalıb.

Maraqlıdır ki, ipoteka bazarında hazırkı azalma tendensiyası yeni deyil. Banker.az-ın 1 oktyabr tarixli təhlilində də qeyd olunduğu kimi, 2025-ci ilin ilk üç rübündə banklar tərəfindən verilən ipoteka kreditləri illik müqayisədə 10% azalaraq 338 mln manatdan 305 mln manata düşmüşdü. Eyni zamanda, ümumi portfel artsa da, artım tempi son illərin ən aşağı səviyyəsinə enmişdi. (həmin məqaləmiz)

 

534534534 1

Son xəbərlər
Digər xəbərlər